ADSEA-nın NƏZƏRİNƏ: 15 gündür evlər SU ALTINDADIR... - VİDEO
Masazır qəsəbəsində yerləşən Zərifə Əliyeva küçəsində yaşayan sakinlər 15 gündür rəsmi qurumlardan kömək gözləyirlər. Yeniavaz.com xəbər verir ki, bu barədə həmin küçədə yaşayan sakinlərdən biri video görüntü paylaşıb.
Bildirilir ki, vaxtında müdaxilə edilsəydi, vəziyyət bu həddə çatmazdı.
Sakinlərin sözlərinə görə, artıq 15 gündür ki, suyun çəkilməsi təmin olunmur. Hazırda isə su basmış evlərdə ciddi maddi ziyan yaranıb və bəzi hallarda zərərin minlərlə manat olduğu bildirilir.
Ərazidə yaşayanlar aidiyyəti qurumlara müraciət edərək problemin təcili həllini tələb edirlər. Onlar evlərdə yığılan suyun qısa müddətdə çəkilməsini və daha sonra dezinfeksiya işlərinin aparılmasını istəyirlər.