Cəmiyyət
2
Dünən, 19:01

“Tempo Baku” restoranındakı insidentlə bağlı açıqlama: Hadisənin obyektə heç bir aidiyyəti yoxdur

“Tempo Baku” restoranındakı insidentlə bağlı açıqlama: Hadisənin obyektə heç bir aidiyyəti yoxdur

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Tempo Baku” restoranının qarşısında baş vermiş insidentlə bağlı açıqlama verilib.
Restoranın səlahiyyətli nümayəndəsi Ümid Kərimbəylinin sözlərinə görə, hadisə obyektin daxilində deyil, məhz qarşısında - ictimai ərazidə qeydə alınıb. O bildirib ki, insidentdə iştirak edən şəxslərin restoranla və ya onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Ümid Kərimbəyli qeyd edib ki, bəzi media qurumları hadisəni əsassız şəkildə restoranla əlaqələndirməyə çalışır:

“Bu yanaşma düzgün deyil. Hadisə yerində təhlükəsizlik kameraları mövcuddur və hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb qərar veriləcək.

Sonda isə ictimaiyyətə və media nümayəndələrinə çağırış edilib:

“Məlumatları dəqiqləşdirərək yaymaq və restoranın adının əsassız şəkildə hallandırılmamasına diqqət yetirmək xahiş olunur.”

Xalqxeber.az

Bakunews.tv
Son xəbərlər