Cəmiyyət / Sosial
2
Bu gün, 17:38

Mingəçevirdə 74 yaşlı taksi sürücüsünü döyən sahibkar niyə məsuliyyət cəlb olunmur ?-FOTOLAR

Vaxtı ilə Mingəçevir–Xaldan marşurtunda işləmiş və hazırda taksi fəaliyyəti ilə məşğul olan Məmmədov İlham Salman oğlu sözügedən marşurtun yeni sahibi Bəndəliyev Elmir tərəfindən döyülüb.Hadisə 6 mart 2026-cı il tarixdə təxminən saat 17:00 radələrində şəhərin mərkəzi bazarının yaxınlığında baş verib. Belə ki, heç bir vəzifə səlahiyyəti olmadığı halda Bəndəliyev Elmir Məmmədov İlhama yaxınlaşaraq ondan dayandığı yeri tərk etməyi tələb edib.Səbəb kimi isə Xaldana gedən sərnişinlərin onun taksisinə minmyəyi göstərib. Məmmədov İlham isə öz növbəsində bildirib ki, o kimsəni məcburən maşınına dəvət etmir. Həmin şəxslər uzun illərdir ki, məni tanıyır,ona görə də mənzil başına mənimlə getmək istəyirlər. Bu zaman Bəndəliyev Elmir 74 yaşlı Məmmədov İlhamın üzərinə hücum edərək onu kobud ifadələrlə təhqir edib və onun sifət və qol nahiyələrinə xəsarətlər yetirib. Kənardakı şəxslərin müdaxiləsi nəticəsində taksi sürücüsünü Elmir Bəndəliyevin əlindən alıblar. Redksiyamıza müraciət edən zərəçəkmişin sözlərinə görə, özünü Mingəçevir–Xaldan marşurtunun sahibi kimi təqdim edən Elmir bildirib ki, mən müharibə iştirakçısıyam və dövlətin də, xalqın da mənim kimilərinə borcu çoxdur. Mənə heç kim heç nə edə bilməz. İstədiyin instansiyaya şikayət edə bilərsən.
Hadisədən sonra xəsarət alan taksi sürücüsü Məmmədov İlham şəhərdə yerləşən tibbi ekspertə getmiş və döyüldüyünü , vəziyyəti ilə bağlı müvafiq rəyin verilməsini xahiş etmişdir.Ancaq ekspret Rauf həkim zərərçəkmişə bildirib ki, öncə polisə şikayət etsin,sonra onların arayışı əsasında o rəy verəcək. Mingəçevir şəhər Polis şöbəsinin müstəntiqi isə həmin arayışı verməmişdir. Fiziki zorakılğıa məruz qalan İlham Məmmədov Polis şöbəsinə ərizə ilə rəsmi şikayət etsə də, döyülmə zamanı aldığı xəsarətlərin fotosunu müstəntiqə təqdim etsə də, işə baxılmamış, yalandan Elmirdən izahat alınmış və işi rədd etmişlər ki, guya burada cinayət tərkibi yoxdur. Hər dəfə müraciət etdikdə isə onu yola veriblər, Elgün və Comərd adlı tədqiqatçılar rəisə dügün məlumatlar verməyiblər.

Zərərçəkmiş İlham Məmmədovun sözlərinə görə, o 14 may 2026-cı il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Tibb Kollecində vətəndaşlarla keçirdiyi səyyar görüşdə döyülmə faktı ilə bağlı şikayətini orada iştirak edən şəhər Polis şöbəsinin rəisi Ədalət Əliyevə və prokuror Pərvin Quliyevə çatdırıb.Onlar da öz növbəsində işi nəzarətə götürəcəklərini bildirblər. Ancaq 1 aya yaxın vaxt keçsə də hələ bir nəticə yoxdur. Döyülən sürücü deyir ki,ədalətli və qanunamüvafiq qərar qəbul ediləcəyinə inanıram.

Qeyd edək ki, Mingəçevir–Xaldan marşurtunda 2025-ci ilin yayına 10-a yaxın sürücü şəxsi mikroavtobusları ilə çalışıb. Sonradan marşurtda istifadə olunan avtomobillərin yeniləri əvəz olunması məqsədi ilə həmin sürücülərin xəbəri olmadan müsabiqə keçirilib və özünü bütün yerli qurumların rəhbərlərinə və AYNA-nın Mərkəzi Aran üzrə rəisi Elvin Zakirova yaxın olan şəxs kimi təqdim edən Bəndəliyev Elmir Elbrus oğlu sözügedən müsabiqəni “udub”. Maraqlıdır ki, ötən dövr ərzində sahibkar Elmir Bəndəliyev sərnişindaşıma ilə bağlı hüquqi normativlərin heç bir birisini yerinə yetirməyib. Tarif Şurasının müəyyən etdiyi qiymətdən kənara çıxaraq qanunsuz şəkildə şərnişinlərdən 1 manat gediş haqqı alıb və proses davam edir.Baxmayaraq ki, son tarufə görə gediş haqqı 65-70 qəpik rası müəyyən olunub. Eyni zamanda onun xəttdə olan 4 mikroavtobusunu idarə edən sürücülərin heç bir ilə əmək müqaviləsi yoxdur.Hətta onların sürücülük kateqoriyası da sübhəlidir (Əmək müfəttişliyi yazıqların, yetimlərin, imkansızların qənimidir). Marşurtda yeni mikroavtobusların istifadəsi tələb olsa da, o ürəyi istəyəndə digər marşurtundakı köhnə mikroavtobusu da Mingəçevir-Xaldan xəttinə salır(təqdim edilən foto bunu təsdiq edir).Hələ bu azmış kimi Mingəçevir-Xaldan marşurtunun mikroavtobusları qanunla müəyyən olunan intervala əməl etmir, şəhərdaxili marşurt avtobuslarının sərnişin dayanacağına müdaxilə edir,15-30 dəqiqəyə kimi dayanacaqda qalaraq qəza vəziyyəti yaradır,həm şəhərdaxili avtobuslar, həm də sərnişinlər üçün təhlükə yaradırlar. Maraqlıdır ki, AYNA-nın yerli departamenti və DYP-da buna göz yumur.Görəsən,niyə? Qanun ancaq kasıblar üçündürmü?

Bir sözlə,yeni marşurt sahibi bu gün nə sərnişinlərə keyfiyyətli xidməti təmin edib, nə icra başçısının dediyi kimi şəhərin H.Əliyev prospektindəki bazar ətrafında səliqə-səhman yaradılıb, nə marşurt avtobuslarının şəhərin içərisinə girməsi qadağan olunub, nə də şəhərin ekoloji təmizliyini qoruunub. Elmir Bəndəliyevin qanunsuz əməlləri,özbaşınalığı,qoçuluğu davam edir və ona gözün üstə qaşın var deyən yoxdur
Aga Xanaliyev
TEREF
Mingəçevirdə 74 yaşlı taksi sürücüsünü döyən sahibkar niyə məsuliyyət cəlb olunmur ?-FOTOLAR




Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər