Cəmiyyət
3
Bu gün, 13:09

"Coffeemania Next" MMC-nin fəaliyyəti vergi borcuna görə bağlandı? — Böyük miqdarda borcu qalıb

"Coffeemania Next" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə irihəcmli vergi borcu qalıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, uzun müddətdir borclu şirkətlər siyahısında olan MMC-nin hazırda dövlət büdcəsinə 80 164.69 AZN məbləğində vergi borcu mövcuddur və yaranmış bu borca görə şirkətin fəaliyyəti passivləşdirilərək bağlanıb.
Qanuni təmsilçisi Anar Nizami oğlu Əkbərov olan şirkətin nizamnamə kapitalı cəmi 10 AZN təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, ev 184, mənzil 3 olan və maliyyə ili 1 yanvar – 31 dekabr tarixlərini əhatə edən qurumun dövlətə olan vergi öhdəliyinin çox qismini hələ də ödənilməmiş qalmaqdadır.

32gun.az

Bakunews.tv
Son xəbərlər