Cəmiyyət / Sosial
4
Dünən, 13:48

Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü

Azərbaycanın vaxtilə ən böyük tikinti şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisi̇ya Korporasiyasi” ASC-nin 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
Ötən il şirkət zərərlə işləyib, satışlar olmayıb, əməliyyat mənfəəti qeydə alınmayıb.
Hesabata əsasən, 2025-ci ildə «Akkord» şirkəti öz məhsulları deyil, yalnız öz əsas vəsaitlərini satıb. Ötən il əsas vəsaitlərin satışından 474,7 min manat gəlir əldə edib ki, bu da, şirkətin xərclərini qarşılamağa kifayət etməyib. Belə ki, ötən il şirkətin kommersiya xərcləri 2 milyon 570,6 min manat, inzibati xərcləri 17,7 min manat olub.
Xərclərin çoxluğu səbəbindən şirkət 2025-ci ili də böyük zərərlə başa vurub. 2025-ci ildə şirkətin zərəri 2 milyon 113,6 min manat təşkil edib. Zərər 2024-cü ilə nəzərən 1 milyon 240 min manat və ya 2,4 dəfə artıb. Qeyd edək ki, 2024-cü ildə vəziyyət nisbətən yaxşı idi – “Akkord”şirkət 2024-cü ili 874 min manat zərərlə tamamlamışdı.
2025-ci ilin sonuna “Akkord”un cəmi aktivləri 474,5 milyon manat olub. Bu, 2024-cü ilə nəzərən 13 milyon manat və ya 2,6% azalıb. Aktivlərin azalmasına səbəb şirkətin öz balansında olan torpaq,əmlak və avadanlıqları satması olub.
Qeyd edək ki, Müşahidə Şurasının sədri Malik Məmmədovdur.

“Akkord” şirkətinin faktiki sahibi kimi 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olan Zakir Qaralovun adı çəkilir. Mediada da bu barədə kifayət qədər məlumat var.
Onu da deyək ki “Akkord”a qarşı 43 iddia qaldırılıb. Onların arasında hətta şirkətin işçiləri də olub.

Fed.az

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər