“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) texniki direktoru Rəşad Göyüşov vəzifəsindən azad olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin İdarə Heyəti sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Rəşad Göyüşov iki ilə yaxın idi bu vəzifədə çalışırdı. O, daha əvvəl 9 il müddətində Texniki direktorun müavini vəzifəsində işləyib. Ümumilikdə isə 10 ildən çox (2016-cı ildən) ASCO-da fəaliyyət göstərib.
Bakunews.tv