Cəmiyyət
6
Dünən, 17:32

"Vidadi İsayev deyir ki, ona söz deyə bilmərəm, deputat Fatma Yıldırımın adamıdır" - Bərdədə özbaşınalıq

Bərdə sakini sosial mediada görüntü paylaşaraq dövlət rəhbərliyinə müraciət edib. Anaxeber.info.az bildirir ki, vətəndaş şəhid ailəsi olduğunu, ona məxsus torpağın zəbt edildiyini bildirir. Onun sözlərinə görə, Bərdədə kollec direktoru torpağı ələ keçirib və özü üçün məhəlləsinə yol açdırır. Vətəndaş bildirib ki, yerli orqanlara müraciət nəticə verməyib, ona görə də prezidentdən, I vitse-prezidentdən və Daxili İşlər Nazirliyindən kömək istəyir. Şikayətçi qeyd edib ki, torpağını zəbt edən şəxsin arxasında Bərdənin deputatı Fatma Yıldırım və onun Fuad adlı köməkçisi dayanıb: "Bu qanunsuz işdə Bərdə reyestr xidməti, icra bölməsinin rəisi də iştirak edir. Mən rayon icra başçısı Vidadi İsayevin qəbulunda olmuşam. Mənə deyib ki,"heç nə deyə bilərəm, həmin şəxs Fatma Yıldırımın adamıdır".
Vətəndaş dövlət rəhbərliyinin məsələyə reaksiya verməsini xahiş edib.

Anaxeber.info.az

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər