Naxçıvanda əkin sahələrinin kifayət qədər su ilə təmin olunduğu bildirilir. Bu barədə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi məlumat yayıb. Qurumun açıqlamasına görə, təkrar suvarma da nəzərə alınmaqla 134 min hektar əkin sahəsi su ilə tam təmin edilib.
İdarədən bildirilib ki, bu il su anbarlarında 300 milyon kubmetr su toplanıb. Həmin suyun 174 milyon kubmetri əkin sahələrinin suvarılmasına yönəldilib.
Lakin bəzi yerli fermerlər rəsmi məlumatların reallığı əks etdirmədiyini deyirlər. Onların sözlərinə görə, suyun bol və anbarların dolu olmasına baxmayaraq, əkin sahələri susuzluqdan yanır, çəkilən xərclər isə batır.
Fermerlər iddia edirlər ki, suyun böyük hissəsi məmurlara məxsus sahələrə yönəldilir, digər təsərrüfatlar isə suya çətinliklə çıxış əldə edirlər.
Gündəlik Naxçıvan
Bakunews.tv