Cəmiyyət / Sosial
6
Dünən, 12:33

Yol qırağında qarət olunan DÖVLƏT BÜDCƏSİ - AXI NİYƏ?..

"Dünən bağa getmişdim və yolboyu bir neçə kilometr ərzində Zabrat şosesinin kənarlarının daşla üzləndiyini müşahidə etdim. Ölkə büdcəsinin necə açıq-aşkar, heç nədən çəkinmədən talandığını görəndə adamın ürəyi ağrıyır..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında tanınmış memar Elçin T.Əliyev qeyd edib.
O daha sonra bildirir: "Bunu da fikirləşib tapmaq lazım idi: yaxın vaxtlarda kubik daşdan tikilmiş hasarı suvaqlayıb... yenidən həmin daşla üzləmək! Təsəvvür edirəm, bu primitiv zövqsüzlük, xüsusilə də əl əməyi ilə düzəldilən «dairəvi» üzlük ölkə büdcəsinə neçəyə başa gəlir.
Nəyə görə?!
Üstəlik, təzəcə yapışdırılmış daş artıq bir çox yerlərdə qopub tökülür: onu çirkli, suvaqlanmış səthin üzərinə necə gəldi yapışdırırlar. Bu işləri görənlər də, qəbul edənlər də, ölkə rəhbərliyi qarşısında belə sifarişləri lobbiləşdirənlər də çox gözəl başa düşürlər ki, yarım il keçəcək, üzlük tökülməyə başlayacaq və mənzərə indikindən də pis olacaq.
Amma büdcə vəsaitlərinin «mənimsənilməsi» ilə bir-birinə bağlı olanların hamısı bilərəkdən insanları aldadırlar.
Bu nə vaxta qədər davam edəcək? Necə olur ki, bu cür israfçı və heç kimə lazım olmayan «bəzək-düzək» işləri çiçəklənməkdə davam edir, ölkənin inkişafına yönəlmiş bir çox həqiqətən vacib büdcə xərcləri isə azaldılır?
Doğrudanmı, ölkədə pulu xərcləməyə artıq başqa yer qalmayıb ki, tikilib qurtarmış hasarları yenidən daşla üzləyirik? Bu zövqsüzlüyün müəllifi kimdir? Layihəni kim təsdiqləyir? Smeta dəyərini kim təsdiqləyir? İşlərin icrasına kim nəzarət edir? Bu işlərin görülməsinə kim göstəriş verib?
Cavabsız qalan onlarla sual var. Görünür, onlara cavab verməyə nə vaxt, nə də həvəs var: ölkənin tələm-tələsik talanması gedir..."
Yol qırağında qarət olunan DÖVLƏT BÜDCƏSİ - AXI NİYƏ?..




Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər