İdman
6
Dünən, 18:01

Türkiyənin İtaliya ilə matç üçün heyəti açıqlandı

Türkiyə millisinin UEFA Millətlər Liqasında İtaliya ilə keçirəcəyi qarşılaşma öncəsi rəsmi oyun heyəti müəyyənləşib.
Uğurcan Çakır, Adil Demirbağ, Bartuğ Elmaz, Melih Kabasakal, İlhan Fakılı və Aral Şimşir matçın heyətində yer almayıblar.

Fransa ilə görüşü zədə səbəbindən buraxan Orkun Kökçü isə İtaliya ilə qarşılaşma üçün heyətə qayıdıb.

Uğurcan Çakır Fransa ilə matçda qırmızı vərəqə aldığı üçün cəzalı vəziyyətdədir və İtaliyaya qarşı oynaya bilməyəcək. Qapıçı mövqeyində Altay Bayındır, Məhəmməd Şengözər və Okan Kocuk yer alıblar.

Müdafiədə Zeki Çelik, Merih Demiral, Samet Akaydin, Eren Elmalı, Abdülkərim Bardakçı, Ozan Kabak, Ferdi Kadıoğlu və Mustafa Eskihellaç komandaya kömək etməyə hazırdır.

Fransa ilə görüşdə zədə səbəbindən forma geyinməyən Orkun Kökçünün heyətə qayıtması yarımmüdafiədə seçim imkanlarını artırıb. 25 yaşlı futbolçu ilə yanaşı Salih Özcan, Demir Ege Tıknaz və İsmail Yüksək də heyətdədir.

Hücum xəttində isə Kerem Aktürkoğlu, Deniz Gül, Arda Güler, Can Uzun, İrfan Can Kahveci, Oğuz Aydın, Yunus Akgün və Barış Alper Yılmaz yer alıblar.

Qeyd edək ki, Türkiyə - İtaliya oyunu Bakı vaxtilə saat 22:45-d\ə start götürəcək.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər