Kriştianu Ronaldu UEFA Millətlət Liqasında Portuqaliya millisinin Norveçlə oyununda meydana çıxmayıb.
Turnirin II turunda Norveçi 2:1 hesabı ilə məğlub edən Portuqaliya millisinin futbolçuları matçdan sonra təxminən 500 azarkeşin yanına gedərək dəstəklərinə görə onlara təşəkkür ediblər.
Ronaldu isə final fitindən sonra birbaşa tunelə yollanıb.
41 yaşlı hücumçu qarşılaşmanı tamamilə ehtiyat oyunçular skamyasında keçirib. Bununla da o, 18 ildən sonra ilk dəfə Portuqaliyanın rəsmi oyununda bir dəqiqə belə meydanda olmayıb.
Ronaldu sonuncu dəfə 2008-ci ildə Avropa çempionatında İsveçrəyə 0:2 hesabı ilə məğlub olduqları görüşdə belə vəziyyətlə üzləşmişdi.
Bakunews.tv