“İrşad”dan alınan telefon cəmi 10 ay işləyib.Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında şikayətçi Orxan Xəlilov yazıb. O bildirib ki, xarab telefonu indi də servisdən ala bilmir:
“”İrşad” şirketindən şikayətim var. 1500 manatlıq Xioami markalı telefon almışam.
İstifadənin 10-cu ayında telefon işlədiyi yerdə qəfildən söndü və bir daha açılmadı.
100 faiz zavod defektidir. Ya təmir etməlidirlər, ya da yenisini verməlidirlər.
Apardim 11 sentyabrda Xe
Xətai metrosunun arxasındakı rəsmi mağaza və servislerinə. Qəbul etdilər telefonu və dedilər 14 gün ərzində baxılacaq.
Artiq 21 gün keçib. Dəfələrlə zəng edirəm, deyirler ki, Xioaminin rəsmi servisindədir, məlumatımız yoxdur.
Bütün operatorlar yalandan qeydə alır müraciəti, amma elaqə saxlayan yoxdur.
Bir sözlə, yola verirlər, müştərini veclərinə almırlar. Derdimizi kime deyek???”.
Problemlə bağlı “İrşad Telekom”la əlaqə yaratmağa çalışdıq. Cəhdlərimiz baş tutmadı.
Bakunews.tv