Cəmiyyət
5
Dünən, 22:01

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

Əlbəttə ki, həyati, elmi müsbət bilikləri...
Yarandığımız gündən ölənə qədər öyrənirik.
Biliksiz həyat mümkün olmadığı kimi, inkişaf da mümkün deyil.
Həyati, elmi biliklərimizin təməlini qoyan yaxınlarımız, doğmalarımız, müəllimlərimiz bir ömür boyu öyrənəcəklərimizə də işığını əksik etmir.
Biliklərimizi paylaşanda da onun mənbələrini bildirməyi özümüzə borc bilirik.
Elmi tapıntılar da inkişaf etməkdə davam edir. Əlbəttə ki, əsası güclü olan mənbələrdə…
Bu gün hamı süni intelektə üz tutub.
Onu kim yaradıb?
Əlbəttə ki, insanlar.
Biliklərə istəyi kimi yaradır - qəlbimiz.
Küçədə dilənənlərin, qulluqçuların qəlbi yoxdu?
Hə, burada suala elmi humanizm cavab verəcək.
Elmi humanism - elmi metodlara, tənqidi təfəkkürə və dünyəvi dəyərlərə əsaslanan insanın rifahını, azadlığını və inkişafını hədəfləyən fəlsəfi, etik baxışdır.
Mən bir çox alimlərin fikrindən misal gətirə bilərəm.
Amma bütün yazılarımda indiyə qədər və hal-hazırda öyrəndiklərimin ağlıma topladıqlarımı qəlbimin dili ilə paylaşmağa üstünlük verirəm.
Dilənçilər, qulluqçular arasında ali təhsilli olanlar da var. Onların da humanist duyğuları var.
Biliklərin həyatda roluna əngəl törədən psixoloji durumlarda olan problemdir
(həyata dilənmək üçün gələn qaraçılar nəzərə alınmır).
Oğurluq edən, adam öldürənlərin də problemi budur?
Məncə, bəli.
Hər bir “yolun” yolçusunda hər cür xarakter var.
Həyati durumlar psixoloji, səhhəti, maddi, mənəvi vəziyyət biliklərin yolunu, istiqamətini ayırır.
Həyat, dünya müsbət durumların inkişafı ilə davam edir.
Biliklərin də çox hissəsi problemlərimizin həlli istiqamətinə yönəlməlidir.
Təəssüf ki, nə qədər inkişaf olsa da, insan yaranandan bu günə qədər problemlərin tam həlli mümkün olmayıb.
Sizcə niyə?
Məncə, çox danışırıq, amma az iş görürük.
Mənfi insani xüsusiyyətlərin nə cəzası, nə həlli tam tapılmayıb.
Hansı ki, bu hər birimizin ömür yolunda bilik arayışının əsas istiqamətlərindən biri olmalıdır…

Sənubər Səhər
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər