Cəmiyyət / Ölkə
11
Dünən, 16:54

Rejissordan məktəbli forması ilə bağlı VACİB AÇIQLAMA

“Vahid məktəbli formasının tətbiqi şagirdlər arasında geyim fərqlərini azaldaraq onların diqqətini təhsilə yönəldə bilər”.
Bunu “Yeni Sabah”a rejissor Hafiz Quliyev vahid məktəbli formasının tətbiqi ilə bağlı fikirlərini bölüşərkən deyib. O bildirib ki, şagirdlərin məktəbə istədikləri geyimdə gəlməsi onların arasında sosial təbəqələşməyə səbəb ola bilər:

“Vahid məktəbli formasının tətbiqi zaman-zaman müzakirə olunan məsələlərdən biridir. Bir çox ölkələrdə bu qayda tətbiq olunub və müsbət nəticələr verib.

Məncə, vahid məktəbli formasının tətbiqi vacibdir. Çünki şagirdlər məktəbə istədikləri geyimdə gələndə onlar arasında sosial təbəqələşmə yarana bilər.

Bununla yanaşı, geyim fərqləri uşaqların psixologiyasına mənfi təsir göstərə, onların diqqətini dərsdən yayındıra bilər. Şagirdlər dərsə deyil, daha çox yanındakı yoldaşının geyiminə fikir verə bilərlər.

Vahid məktəbli forması tətbiq olunduqda isə bu fərqlər azalır, uşaqların diqqətini daha çox elmə və təhsilə yönəltmək mümkün olur. Bu baxımdan, məktəblərdə vahid geyim formasının olması müsbət haldır və düşünürəm ki, bu, faydalı nəticələr verə bilər”.

Rejissorun fikrincə, əsas məsələ geyim qaydalarının məktəbdə, ailədə və cəmiyyətdə düzgün formalaşdırılmasıdır:

“Eyni zamanda, uşaqların müəyyən sərbəstliyə malik olması da vacibdir. Gələcəkdə bu məsələ ilə bağlı fərqli qərarlar verilə və müəyyən dəyişikliklər edilə bilər.

Əsas məsələ geyim qaydalarının məktəbdə, ailədə və cəmiyyətdə düzgün şəkildə formalaşdırılmasıdır. Geyim forması məzmun qədər vacib olmasa da, insanların dünyagörüşünün, davranışlarının və psixologiyasının formalaşmasına müəyyən təsir göstərir.

Buna görə də hesab edirəm ki, vahid məktəbli forması uşaqların daha yaxşı təhsil almasına, elmə yönəlməsinə və aralarındakı geyim fərqlərinin yaratdığı problemlərin azalmasına kömək edə bilər”.

Bakunews.tv
Son xəbərlər