İqtisadiyyat
18
Dünən, 10:32

Təbii qazın dəyəri artdı

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.
Əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.22% dəyər qazanaraq 3.3231 ABŞ dollarına bərabər olub.

Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 0.76% azalaraq 86.56 avroya bərabər olub.

Bakunews.tv
Son xəbərlər