Cəmiyyət
18
Dünən, 12:36

Bakıda uşaq bağçasında nə baş verir? - YOXLAMA BAŞLADI

Bakıda yerləşən 329 nömrəli uşaq bağçasında qida təhlükəsizliyi və sanitariya qaydalarının pozulduğu müəyyən edilib.
Musavat.com xəbər verir ki, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən bağçada Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Bakıda uşaq bağçasında nə baş verir? - YOXLAMA BAŞLADI



Bakunews.tv
Son xəbərlər