SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Yevlax sakini ACINACAQLI DURUMDA... - MÜRACİƏT

Yevlax sakini ACINACAQLI DURUMDA... - MÜRACİƏT

23.11.2026 17:37 4
Yevlax rayon sakini Sənan İlyasov üç övladı ilə birlikdə ağır məişət şəraitində yaşadığını bildirir. Şikayətçi sosial vəziyyətinin ağır olduğunu əsas gətirərək ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etdiyini, lakin iki ay keçməsinə baxmayaraq, hələ də müraciətinə cavab verilmədiyini deyir.
Sənan İlyasovun iddiasına görə, ehtiyacı olmayan bəzi kənd sakinlərinə sosial yardım təyin edildiyi halda, maddi vəziyyəti ağır olan aztəminatlı ailələrin müraciətləri qəbul edilmir.
Vətəndaş "kanal13" vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək məsələnin araşdırılmasını, müraciətinə baxılmasını və qanun çərçivəsində hüquqi qiymət verilməsini xahiş edir.


Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?