SON DƏQİQƏ
Bakunews.tv » İdman » "Sabah" - "Barselona" matçının hakimləri bəlli oldu

"Sabah" - "Barselona" matçının hakimləri bəlli oldu

23.11.2026 14:32 6
Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur oyununun hakimləri bəlli olub.

Qarşılaşmanın baş hakimi Şotlandiya Futbol Assosiasiyasından Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Frensis Konnor və Daniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

Matçın VAR hakimi Endryu Dallas, AVAR hakimi isə Stiven Maklin olacaq.

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.​

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?