SON DƏQİQƏ
Bakunews.tv » İdman » Litva - Azərbaycan matçının hakimləri bəlli oldu

Litva - Azərbaycan matçının hakimləri bəlli oldu

25.09.2026 16:43 35
UEFA Millətlər Liqasının ilk turunda Azərbaycan millisinin səfərdə Litvaya qarşı keçirəcəyi matçın hakimləri müəyyənləşib.

Qarşılaşmanın baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.

VAR hakimi Marios Kristoforou, VAR köməkçi hakim isə Dimitris Solomou olacaq.

Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək.

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?