SON DƏQİQƏ
Bakunews.tv » Şou-biznes » Kafedə qarşılaşdığı xoşagəlməz hadisəni bölüşdü - "Biabırçılıqdır"

Kafedə qarşılaşdığı xoşagəlməz hadisəni bölüşdü - "Biabırçılıqdır"

23.11.2026 14:18 9
Aparıcı Xoşqədəm Hidayətqızı getdiyi kafedə qarşılaşdığı hadisədən narazılığını bildirib.
Aparıcı sosial şəbəkədəki canlı yayımı zamanı başına gələn hadisəni izləyiciləri ilə bölüşüb.

Xoşqədəm kafeyə gedərək oturduğunu, lakin ona qəhvə verilmədiyini söyləyib. Səbəb kimi isə aparatın işləmədiyi göstərilib. Aparıcı qəhvənin yalnız aparmaq üçün təqdim olunmasına etiraz edib.

“Biabırçılıqdır, deyir aparat işləmir. Deyir, amma götürüb aparmağa verə bilirik. Bu, necə olur? Aparat işləmirsə, bizə necə götürüb aparmağa qəhvə verirlər, amma burada oturub içməyə yox?” deyə, Xoşqədəm Hidayətqızı narazılığını ifadə edib. (Axşam.az)

Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?