Cəmiyyət
341
8-07-2022, 16:18

Misir Mərdanov televiziyaları TƏNQİD ETDİ

Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü bildirib


Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib.

Qazet.az xəbər verir ki, o, ağsaqqallar və veteranların təmsil olunduğu Qeyri-hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxış edərkən deyib ki, televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır.

“Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdırlar. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, - M.Mərdanov bildirib.
Son xəbərlər