Cəmiyyət
372
13-07-2022, 18:27

Mingəçevirdə hərbçi su anbarında boğuldu

Mingəçevir su anbarında çimən şəxs boğulub.

bakunews.tv-nun “unikal”a istinadən məlumatına görə, hadisə Mingəçevir su anbarındakı çimərliklərdən birində baş verib. 1995-ci il təvəllüdlü Goranboy rayon sakini Bayramov Namizəd İsrayıl oğlu suda çimərkən boğularaq ölüb.

Meyit Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Dalğıc Axtarış qrupu tərəfindən sahilə çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Namizəd Bayramovun müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər