Cəmiyyət
370
14-07-2022, 17:59

83 yaşlı təqaüdçü nəvəsini öldürüb

Rusiyanın Vladimir şəhər məhkəməsi 38 yaşlı nəvəsini öldürməkdə təqsirləndirilən 83 yaşlı yerli sakini həbs edib.

bakunews.tv milli.az-a istinadən bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Təqaüdçü barəsində cinayət işi başlanıb. İstintaqın məlumatına görə, iyulun 9-da axşam saatlarında qohumlar bağ ərazisində istirahət ediblər. Spirtli içkidən sərxoş olan baba ilə nəvə bir-birlərinə köhnə incikliklərini xatırlayaraq mübahisə etməyə başlayıblar.

Bundan sonra təqaüdçü bıçağı götürərək qohumunun sinəsinə vurub və o, aldığı yaradan yerindəcə dünyasını dəyişib.

bakunews.tv
Son xəbərlər