Cəmiyyət / Səhiyyə
202
9-08-2023, 13:06

Ramiz Mehdiyevin kürəkənindən Roza Zərgərliyə CAVAB – “Deyilənlərin hamısı yanlışdır”

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli ötən həftə sosial şəbəkə hesabında açdığı canlı yayımda “German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində səhhətində ciddi problemlər yaranıb.

İfaçı vurğulayıb ki, məsələni belə qoymayacaq və münasibətləri hüquqi müstəvidə aydınlaşdıracaq.

Qeyd edək ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur.

Sözügedən iddialarla bağlı İlham Əliyevin də mövqeyini öyrəndik.

bakunews.tv bildirir ki, sabiq deputat Bizim.Media-ya açıqlamasında Roza Zərgərlinin iddialarını qəbul etməyib.

O, “Deyilənlərin hamısı yanlışdır. Sağ olun”- deyərək telefonun dəstəyini asıb.
Son xəbərlər