Cəmiyyət
417
25-09-2023, 09:48

Fərid Şərifov Ulu öndər Heydər Əliyevə şeir həsr edib

Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu baba Heydər baba

Heydər adı dastanlara çevrildi,
Onun qüdrətini yer üzü bildi.
Allah onu yurdumuza yetirdi,
Ulu baba Heydər baba

Bilirəm ki, dünənimiz bu günün keçmişi deyil,
Hər dövürdə bir şəxsiyyət tarixin vərdişi deyil,
Bir ölkəni xilas etmək bir insanın işi deyil,
Ulu baba Heydər baba

Bu torpağı, bu milləti canından da çox sevirdin,
Ayağını basan yerdə-daş üstündə gül bitirdin,
Özün getdin, öz xalqına özün kimi oğul verdin,
Ulu baba Heydər baba

Hörmətlə Fərid Şərifov

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər