Cəmiyyət
303
27-09-2023, 15:33

Nazir: “Antiterror tədbirlərində şəhid olanlarla bağlı bütün sosial təminatlar vaxtında icra olunacaq"

“Antiterror tədbirlərində şəhid olanlarla bağlı bütün sosial təminatlar vaxtında, keyfiyyətli şəkildə icra olunacaq”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həm birdəfəlik ödəmələr, həm təqaüd və pensiya ödəmələri, həm də qanunvericilikdə nəzərdə tutulmuş mənzil, avtomobil hüquqları həyata keçiriləcək:
“Artıq ailələrlə görüşlər başlanıb. Nazirliyin müvafiq qurumları dəfn mərasimlərində iştirak edir, sənədləri toplayırlar”.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər