Dünya
344
21-07-2022, 21:08

Türkiyəli bloqer İrəvanda “bozqurd” işarəsi göstərib

Berkay Türkmen adlı türkiyəli bloqerin İrəvandan paylaşdığı videolar Ermənistanda səs-küyə səbəb olub.

bakunews.tv
qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən bloqer İrəvandakı qondarma "erməni soyqırımı" abidəsinin qarşısında "bozqurd" işarəsi göstərib və bunu lentə alıb.

Bununla yanaşı, digər bir videoda Berkay Türkmenin İrəvan küçələrində üzərində Türkiyə bayrağı olan geyimdə gəzdiyini görmək mümkün olub.

Sözügedən bu görüntülər Ermənistanda geniş müzakirələrə səbəb olub, bundan narahat olan ermənilər həmin bloqerin tapılması ilə bağlı şərhlər yazıblar.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər