SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Ən yaşlı seçici Pezeşkiana səs verdi

Ən yaşlı seçici Pezeşkiana səs verdi

05.07.2024 11:35 200
Bu gün İranda keçirilən prezident seçkilərinin ikinci turunda ölkənin ən yaşlı seçicisi Məsud Pezeşkiana səs verib.

Bu barədə yerli sosial media kanalları məlumat yayıb.

Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) şəhərindən olan 96 yaşlı seçici səsvermədən sonra vətəndaşları Məsud Pezeşkiana səs verməyə çağırıb.

Seçki qaydalarına görə, seçicinin şəxsiyyət vəsiqəsinin fotosu və kimliyi açıqlanmasa da, onun fotoları yayılıb.
Xəbəri necə qiymətləndirirsiniz?