Dünya
297
31-07-2022, 21:28

BMT əsgərləri sərhəddə naməlum şəxsləri atəşə tutdu

Birləşmiş Millətlər Təşkilatının Konqo Demokratik Respublikasındakı Sabitləşdirmə Missiyasının hərbçiləri bazar günü Uqanda ilə sərhəddə atəş açıb.

bakunews.tv axar.az-a istinadən xəbər verir ki, bu barədə missiyanın saytında dərc olunmuş məlumatda deyilir.

Məlumata görə, Bintu Keyta bu səhər (BMT-nin KDR-dəki rəsmi nümayəndəsi) sərhədində baş verən ciddi insidentdən xəbər tutanda təəccüblənib:

"Əsgərlər məzuniyyətdən qayıdarkən naməlum səbəblərdən (KDR və Uqanda arasında) sərhəd məntəqəsində atəş açıb. Bu insident ölüm və ağır yaralanmalara səbəb olub".

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər