Dünya
40
9-04-2025, 12:20

Həbib Nurməhəmmədovun bank hesabı bloklandı

Rusiyada Federal Vergi Xidməti yüngül (FVX) çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun bank hesabını bloklayıb.
Bu barədə Bakunews.tv "Mash na sporte" "Telegram" kanalına istinadla xəbər verir.

Buna səbəb kimi onun 2024-cü ildəki gəlirləri barədə bəyannaməni vaxtında təqdim etməməsi göstərilir.

Xatırladaq ki, ötən il də H.Nurməhəmmədovun FVX qarşısında borcu olduğuna görə onun bank hesabları bloklanmış, əmlakına həbs qoyulmuşdu.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər