Dünya
24
6-05-2025, 18:33

Ramzan Kadırov: "Mən istefamı xahiş edə bilərəm, amma..."

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov tezliklə istefa verə biləcəyi ilə bağlı şayiələrə münasibət bildirib.
Bakunews.tv xəbər verir ki, bu barədə "Chechnyatoday" portalı məlumat yayıb.

R.Kadırov tutduğu vəzifədən azad olunması üçün müraciət etdiyini açıqlayıb.

"Mən özüm vəzifəmdən azad olunmağımı xahiş edirəm. Ümid edirəm ki, xahişim dəstəklənəcək".

Lakin R.Kadırov tutduğu vəzifədən azad edilməsi üçün müraciəti konkret olaraq kimə ünvanladığını açıqlamayıb.

Söhbət zamanı R.Kadırov mümkün varisini də müzakirə edib. O, Çeçenistanın növbəti rəhbərinin öz baxışına malik olacağına və regionun inkişafı üçün yeni təşəbbüslər irəli sürəcəyinə əmin olduğunu bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər