İran üzərində hava üstünlüyünü əldə etmək məqsədi ilə İsrail ordusu İranın qərbi, şərqi və mərkəzi hissəsindəki altı aerodroma hücum edib.
Bakunews.tv-nin xəbərinə görə, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat verib.
"Bu zərbələr nəticəsində uçuş-enmə zolaqları, yeraltı obyektlər və yanacaqdolduran təyyarə zədələnib. Pilotsuz təyyarələr İran rejiminə məxsus 15 döyüş təyyarəsi və helikopterini məhv edib", - SAXAL-ın məlumatında qeyd olunub.
Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gün İsrailin Yəzd vilayətində iki hərbi mərkəzə hücumu nəticəsində ölənlərin sayının 10 nəfərə çatdığını bildirib.