Dünya
40
21-07-2025, 11:45

Zelenski iki rus və üç ukraynalıya qarşı sanksiya tətbiq edib

Ukrayna Prezidenti Volodimir Zelenski iki rusiyalı və üç ukraynalıya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.]
"Report" xəbər verir ki, müvafiq sənəd onun saytında dərc olunub.

Sanksiya siyahısına rusiyalılar Yuliya Latınina və Tatyana Aksenenko, habelə Ukrayna vətəndaşları - Radanın keçmiş deputatı Natalya Korolevskaya, keçmiş deputat Gennadi Balaşov və bloger Andrey Serebryanski daxildir.

Ukrayna mediası sanksiyaların Kiyev əleyhinə təbliğat apardığına görə tətbiq edildiyini yazır.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər