ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirilən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə ilk məhkəmə iclasının vaxtı məlum olub.
Məlumata görə, məhkəmə iclasının yanvarın 5-də, bazar ertəsi günü yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 21:00 - red.) keçirilməsi planlaşdırılır.
ABŞ baş prokuroru Pem Bondi bildirib ki, Maduro və həyat yoldaşı narkoterrorizm, silah saxlama və narkotik qaçaqmalçılığında ittiham olunurlar.
Bakunews.tv