Dünya
20
16-02-2026, 15:46

Putin mayın sonunda Qazaxıstana dövlət səfərinə gedəcək

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Tərəflər Rusiya-Qazaxıstan münasibətlərinin daha da inkişaf etdirilməsi, hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik barədə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Putin may ayının sonunda Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının qarşıdan gələn iclasında iştirakını təsdiqləyib. Tokayev Rusiya prezidentini bu tədbirlə əlaqədar olaraq Qazaxıstana dövlət səfərinə dəvət edib.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər