Rusiyanın sanksiyaların aradan qaldırılması üçün ABŞ-a 12 trilyon dollarlıq layihələr təklif etdiyi iddia edilən xəbər feykdir.
Bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
O, "The Economist" jurnalının xəbərini saxta adlandırıb.
Dmitriyev qeyd edib ki, "sanksiyaların ləğvi nəticə etibarilə ABŞ-ın özünün maraqları ilə diktə ediləcək. Onun sözlərinə görə, Amerika şirkətləri Rusiya bazarını tərk etməklə artıq 300 milyard dollardan çox itiriblər.
Bakunews.tv