Dünya
2
Bu gün, 06:06

CNN: İran ABŞ müttəfiqlərinin gəmilərinə xüsusi rüsum tətbiq edə bilər

İran ABŞ müttəfiqi olan ölkələrə məxsus neft tankerləri və ticarət gəmiləri üçün xüsusi rüsum tətbiq etməyi planlaşdırır.

Mənbənin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın əksini bildirməsinə baxmayaraq, Hörmüz boğazı hələ də bağlı qalır.

Bildirilir ki, ABŞ müttəfiqi olan ölkələrə məxsus gəmilər üçün Fars körfəzində təhlükəsizlik rüsumu tətbiq oluna bilər.

İranlı mənbə həmçinin bildirib ki, Tehran dünya neft qiymətlərinə təsir göstərə biləcək mühüm alətlərə malikdir.

“Dünya neft qiymətlərinə təsir etmək üçün rıçaqlar bizim əlimizdədir. Enerji daşıyıcılarının qiymətləri artıq qeyri-sabitdir və Tramp ABŞ-ın məğlubiyyətini elan edənə qədər mübarizəni davam etdirəcəyik”, - deyə mənbə qeyd edib.

Bakunews.tv
Son xəbərlər