İranın yeni Ali rəhbəri Müctəba Xameneinin ABŞ və İsrailin ölkəyə hava hücumu zamanı yaralandığı rəsmən təsdiqlənib.“O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Üç-dörd nəfər yeni ali rəhbər vəzifəsi uğrunda mübarizə aparırdı, amma Ekspertlər Şurasının əksəriyyəti onu seçdi”, - o, İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə bildirib.
Xatırladaq ki, bundan əvvəl KİV-də İranın yeni ali rəhbərinin müharibənin əvvəlində ağır yaralandığı barədə məlumat yayılmışdı.
Bakunews.tv