Dünya
19
Bu gün, 20:36

NATO Türkiyəyə ona görə "Patriot" yerləşdirdi ki.. - Fidan


NATO-nun Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi qərarı alyansın kollektiv müdafiə konsepsiyasının bir hissəsidir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı həmkarı Yohan Vadeful ilə görüşdən sonra mediaya açıqlamasında deyib.
"Əslində, bu addımlar (“Patriot”ların yerləşdirilməsi) bizim də daxil olduğumuz və qətiyyətlə dəstəklədiyimiz NATO-nun kollektiv müdafiə konsepsiyası ilə çox uyğun gəlir. Bildiyiniz kimi, NATO illərdir bu cür ssenarilərə hazırlaşır. Müvafiq ehtiyat planları hazırlanır. Həm bölgədəki hadisələr, həm də son hücumlar hava hücumundan müdafiə sistemlərinin həqiqətən vacib olduğunu göstərdi. Ballistik raketlərlə əlaqəli sahələrdə kollektiv müdafiəyə ehtiyacımız var", - deyə Fidan bildirib.
XİN rəhbəri xatırladıb ki, Türkiyənin Malatya əyalətində yerləşdirilən “Patriot” sistemi Almaniyanın Ramştayn aviabazasından gətirilib.
"Türkiyə NAT ölkələrindən tələb olunan dəstəklə bağlı lazımi zəmanət alıb. Almaniya bu məsələ üzərində sıx əməkdaşlıq etdiyimiz tərəfdaşlarımızdan biridir", - türkiyəli nazir əlavə edib.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər