Dünya
1
Bu gün, 06:05

İraqda dron hücumu zamanı yaralanan fransız hərbçi ölüb


İraqda hərbi bazaya pilotsuz uçuş aparatları ilə edilən hücum zamanı yaralanan fransız hərbçilərdən biri həyatını itirib.

Makron qeyd edib ki, Alp dağ atıcılarının 7-ci batalyonunun baş çavuşu Arno Frion İraqın Ərbil bölgəsində baş verən hücum nəticəsində həlak olub.

Fransa liderinin sözlərinə görə, hadisə zamanı bir neçə fransız hərbçi də yaralanıb.

“Fransa onların və yaxınlarının yanında dayanır”, - deyə Makron bildirib.

Bundan bir neçə saat əvvəl "Sabereen News" teleqram kanalı İraqdakı hərbi bazaya edilən hücum nəticəsində fransız hərbçilərin zərər gördüyünü yazmışdı.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər