Dünya
3
Bu gün, 16:00

ABŞ İrana 30 ildən sonra bunu icazə verəcək

ABŞ İrana 30 ildən sonra bunu icazə verəcək

“ABŞ-nin İran neftinə qarşı sanksiyalarının müvəqqəti yumşaldılması təxminən 140 milyon barel xam neftin sürətlə qlobal bazara çıxarılmasına imkan verəcək və bu, çox güman ki, qiymətləri sabitləşdirəcək”.

Bu barədə “Axios”un jurnalisti Barak Ravid “X” sosial media saytında bildirib.

“ABŞ İrana təxminən 14 milyard dollar neft gəliri almağa icazə verəcək”, - Ravid qeyd edib.

Jurnalist vurğulayıb ki, ABŞ 1996-cı ildən bəri ilk dəfə faktiki olaraq İran nefti ilə əməliyyatlara icazə verir. Onun fikrincə, bu, İslam Respublikasına qarşı davam edən müharibə fonunda Tehrana əhəmiyyətli güzəştdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər