Dünya
6
Dünən, 11:28

Kim Çen In: Hər zaman Moskvanın yanındayıq

Kim Çen In: Hər zaman Moskvanın yanındayıq

Şimali Koreya lideri Kim Çen In Rusiyanın prezidenti Vladimir Putinə göndərdiyi teleqramda Pxenyanın hər zaman Moskvanın yanında olacağını bildirib.

“Pxenyan hər zaman Moskvanın yanında olacaq. Bu, bizim seçimimiz və dəyişməz iradəmizdir”, - deyə teleqramda qeyd olunub.

Məlumata görə, daha əvvəl Vladimir Putin Kim Çen Inı Şimali Koreyada Dövlət İşləri üzrə sədr vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya liderinin Rusiyaya səfər dəvətinin qüvvədə qaldığını bildirib.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər