Dünya
3
Bu gün, 12:34

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlanıb

İstanbuldan uçan təyyarə Nepalda eniş zamanı alovlanıb

“Turkish Airlines” aviaşirkətinə məxsus İstanbul–Katmandu reysi Nepal paytaxtındakı Tribxuvan beynəlxalq hava limanına eniş zamanı alovlanıb.

İlkin mənbəyə görə, eniş zamanı təyyarənin şassi təkərlərindən birində yanğın baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə təyyarə uçuş-enmə zolağı ilə hərəkət edərkən şassi hissəsində alov və tüstü müşahidə olunur.

Məlumata əsasən, təyyarədə ekipaj üzvləri daxil olmaqla 284-289 nəfər olub. Onların hamısı təxliyə çıxışları vasitəsilə təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər