Dünya
3
Bu gün, 15:15

Polşa və Britaniya Rusiyanı əsas təhlükə adlandırıb

Polşa və Böyük Britaniya hakimiyyətləri Rusiyanı təhlükəsizlik üçün ən ciddi və uzunmüddətli təhdid hesab etdiklərini bəyan ediblər.

Britaniya hökumətinin saytında dərc edilən sənədə əsasən, tərəflər təhlükəsizlik və müdafiə sahəsində sıx əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.

Sənəddə Rusiya Federasiyası “təhlükəsizlik üçün ən mühüm uzunmüddətli təhdid” kimi xarakterizə olunub.

Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski daha əvvəl RT-yə müsahibəsində Qərbin Moskva ilə birbaşa qarşıdurmaya yaxınlaşdığını bildirmişdi.

Bakunews.tv
Son xəbərlər