İsrail rəsmiləri Vaşinqtondan Livanın paytaxtı Beyrutda İsrail Müdafiə Qüvvələrinin (İMQ) əməliyyatlarını genişləndirmək üçün yaşıl işıq istəyiblər.
"Yüksək vəzifəli İsrail rəsmiləri ABŞ-ın yüksək vəzifəli rəsmilərinə müraciət edərək İsrail ordusunun Beyruta zərbələri genişləndirməsinə icazə istəyiblər".
Mənbələrə görə, israillilər "həm Vaşinqton-Tehran, həm də İsrail-Livan danışıqlarında irəliləyişin olmaması nəzərə alınmaqla, ABŞ-ın cavabının əlverişli olacağına" ümid edirlər.
Bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu İMQ-nin Livandakı əməliyyatlarını genişləndirəcəyini açıqlayıb. O əlavə edib ki, hərbi kampaniya daha uzun çəkəcək, lakin İsrail şimalda təhlükəsizliyi bərpa edəcək.
Bakunews.tv