Dünya
2
Bu gün, 20:08

İbrahim Kalın Ankarada HƏMAS-ın nümayəndə heyəti ilə görüşdü

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə Qəzza zolağında sülh planının ikinci mərhələsini icrasını müzakirə edib.

HƏMAS nümayəndələri atəşkəsə əməl etdiklərini, İsrailin sülh planını pozduğunu bildiriblər. Görüşdə həmçinin Türkiyənin qarant ölkə kimi sülh planı çərçivəsindəki səyləri də müzakirə olunub.

Xatırladaq ki, İbrahim Kalın sonuncu dəfə martın 31-də Ankarada HƏMAS-ın Siyasi Büro üzvü Xəlil əl-Həyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdü.

İsrail və HƏMAS 2025-ci il oktyabrın 9-da Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən Qəzza sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəlib. Növbəti gün Qəzza zolağında atəşkəs qüvvəyə minib. Razılaşmaya uyğun olaraq, İsrail ordusu zolağın 50 faizdən çoxuna nəzarəti saxlayaraq “Sarı Xətt”ə çəkilib. Qəzza sülh prosesinin ikinci mərhələyə keçidi HƏMAS-ın tərksilah edilməsi məsələsi ilə çətinləşib.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər