“İranın Ali rəhbəri Müctəba Xamenei təhlükəsizlik tədbirləri və müvafiq orqanların tövsiyələri səbəbindən ictimaiyyət qarşısına çıxmır”.
“Proseslərdə kifayət qədər yaxından iştirak edir, idarəetmə sükanını əlində saxlayaraq ölkədə baş verən hadisələrin inkişafına təsir göstərir. Amma təhlükəsizlik səbəblərinə görə müvafiq qurumlar ona ictimaiyyət qarşısında daha çox görünməyi tövsiyə etmirlər”, - nazir bildirib.
Abbas Əraqçi iddia edib ki, İran hökuməti ali rəhbərlə daim təmasdadır.
Xatırladaq ki, Qərb mediası dəfələrlə Müctəba Xameneinin ABŞ və İsrailin İrana hücumları zamanı ağır yaralandığı, bir ayağını itirdi, müalicə aldığı və qərar qəbuletmədə iştirak etmədiyi barədə məlumat yayıb.
Bakunews.tv