ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın təkcə iki ölkə ilə məhdudlaşmayacağını bildirib.
Vensin sözlərinə görə, sənəd Yaxın Şərqdə daha genişmiqyaslı sülhün təmin olunmasına hesablanıb və İsrail, Livan, eləcə də Fars körfəzi ölkələrini də əhatə edəcək.
"Bu, regional sülh sazişidir. O, Körfəz regionunu, İsraili və Livanı da əhatə edəcək. Məqsəd həqiqi regional sülh razılaşmasının əldə olunmasıdır", - deyə ABŞ rəsmisi vurğulayıb.
Qeyd edək ki, iyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistan rəsmiləri Vaşinqtonla Tehran arasında 60 günlük atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyiblər.
Məlumata görə, sənədin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində imzalanması gözlənilir.
Bakunews.tv