Dünya
2
Bu gün, 18:50

Putin Zelenskinin ona göndərdiyi məktuba cavab verdi

Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq məktubu kimi bəyanatları sülh danışıqları üçün ilkin şərtlər yaratmır, əksinə, münaqişə potensialı yaradır.


“Xeyr, bu cür müraciətlər ilkin şərtlər yaratmır”, - o, hərbçilərlə söhbəti zamanı məsələ ilə bağlı verilən suala cavab verib.

“Bunlar nə deməkdir? Əksinə, bir növ münaqişə potensialı yaradırlar”, - Putin əlavə edib.

Xatırladaq ki, Volodimir Zelenski iyunun 5-də Vladimir Putinə açıq məktubunda müharibəni dayandırmağı təklif edib. Ukrayna lideri bu kontekstdə neytral ölkədə ikitərəfli qaydada sülh danışıqlarına başlamaq təşəbbüsünü irəli sürüb.

Volodimir Zelenski məktubunda yazıb ki, qan tökülməsini dayandırmağın vaxtıdır: “Ukrayna müharibəni bitirməyi təklif edir, amma dürüst və ləyaqətli şəkildə. Müharibənin yenidən alovlanmayacağına zəmanət vermək lazımdır”.

Kreml bununla razılaşmayaraq, Zelenskini Putinlə görüş üçün Moskvaya dəvət edib, Kiyev də bunu qəbul etməyib.
Bakunews.tv
Son xəbərlər