Dünya
1
Bu gün, 14:45

Şalva Papuaşvili: Bundan sonra Avropa İttifaqına üzvlüyün nə mənası var?

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqında (Aİ) qərarların qəbulunda yekdillik prinsipindən imtina edilərək ixtisaslı səs çoxluğu sisteminə keçidlə bağlı müzakirələr fonunda ölkəsinin Aİ-yə üzvlüyünün məqsədəuyğunluğunu şübhə altına alıb.

Papuaşvilinin sözlərinə görə, Almaniya xarici işlər naziri Yohann Vadeful Aİ-də bir ölkənin ümumi qərarın qəbuluna mane olmaq hüququnun ləğv edilməsini təklif edib. Nazir hesab edir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində qərarlar səs çoxluğu ilə qəbul olunmalıdır.

Spiker bildirib ki, böyük dövlətlər üçün belə model qəbuledilən ola bilər, çünki onların ölçüsü, iqtisadi gücü və siyasi təsiri onsuz da qərarların qəbulunda üstünlük yaradır.

Papuaşvilinin fikrincə, kiçik ölkələr üçün bu dəyişikliklər fəlakətli nəticələr doğura bilər: “Buna görə də belə bir sual getdikcə daha aktual olur: əgər əsas üstünlüyün və təsir rıçağın əlindən alınırsa, üzvlüyün mənası nədir?”.

Parlament sədri vurğulayıb ki, Aİ-yə üzvlük ölkəyə öz maraqlarına uyğun qərarları dəstəkləmək, milli maraqlarını irəli aparmaq və ona zərər verə biləcək qərarların qarşısını almaq imkanı verməlidir:

“Əgər ölkənin bu imkanı əlindən alınırsa, onda Avropa İttifaqı da milli maraqların qorunması vasitəsi kimi öz əhəmiyyətini itirir, üzvlüyün siyasi cəlbediciliyi və əsas motivasiyası da aradan qalxır”.

Şalva Papuaşvili əlavə edib ki, belə şəraitdə kiçik dövlətlər üçün ən azı öz qərarlarını sərbəst qəbul etmək hüququnu qoruyub saxlamaq baxımından, Aİ-dən kənarda qalmaq daha məqsədəuyğun ola bilər.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər